“FINCA Azerbaijan” Mərkəzi Bankın “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı layihəsi çərçivəsində tələbələr üçün növbəti təlim sessiyası təşkil edib.

Bu layihədə bir sıra bank-maliyyə qurumlarının iştirak edir. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər təşkil olunur və layihənin iştirakçısı olan maliyyə qurumlarına tədris səfərləri həyata keçirilir.

“FINCA Azerbaijan” layihə çərçivəsində “Mikromaliyyənin önəmi və məsuliyyətli borclanma” mövzusunda təlim təşkil edib və layihədə iştirak edən tələblərin maliyyə savadlılığının artırılmasına öz töhfəsini verib.

Layihəni uğurla başa vurmuş tələbələrdən ikisi “FINCA Azerbaijan”da təcrübə keçmək imkanı qazanacaq.