“FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı “Gender bərabərliyinin təşviqində qabaqcıl təşkilat” nominasiyasında mükafata layiq görülüb. Azərbaycan Mikromaliyyə Assosasiyasının (AMFA) təqdim etdiyi bu mükafat “FINCA Azerbaijan”a müştəri və işçi heyətində gender bərabərliyinin qorunmasındakı yanaşmasına görə verilib.

Mükafat 22 noyabr tarixində Bakıda AMFA-nın təşkilatçlığı ilə “Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” mövzusunda keçirilən 9-cu Azərbaycan Mikromaliyyə Konfransında təqdim olunub.

“FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Tim Tarrant mükafatı qəbul edərək bunları söyləyib: ““FINCA Azerbaijan”ın Gender bərabərliyinin təşviqindəki uzumüddətli səylərinin AMFA tərəfindən qiymətləndirilməsi çox xoşdur. Biz başa düşürük ki, effektiv gender strategiyası məqsədyönlü fəaliyyət və heyətimizin hər bir üzvünün sıx əməkdaşlığı sayəsində mümkün olur. Biz bu mükafatı yüksək qiymətləndiririk, eyni zamanda anlayırıq ki, bu istiqamətdə daha çox nailiyyətlər əldə etməliyik. Elə buna görə də şirkətimizin növbəti 5 il ərzində strateji vizyon hədəflərində gender mövzusu əsas istiqamət olaraq seçilib və buna uğurla nail olacağımıza inanırıq”.

Qeyd edək ki, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə institutu olaraq, kənd təsərrüfatı da daxil olmaqla, ölkə üzrə kiçik sahibkarlara müxtəlif kredit məhsulları təklif edir.

“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir.  Bu şəbəkə fintexnologiyadan istifadə edərək aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. Əlavə məlumat üçün www.finca.az  və www.fincaimpact.com  saytını ziyarət edə bilərsiniz.