16-02-2016

“Bir zənglə” biznes kreditləri təklif edirik !

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müsbət kredit tarixcəsi olan müştərilərinə “Bir zənglə” biznes krediti təklif edir. Təşkilatın yeni sadə kreditləşmə qaydaları müsbət tarixçəsi olan təkrar müştərilərə krediti bir telefon zəngində təsdiq etməyi nəzərdə tutur.

Zəng əsasında təsdiq olunmuş krediti almaq üçün filiala dəvət olunan müştərilərdən zamin və girov tələb olunmur. Müştəri tək şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşır və müqavilə imzalayaraq vəsaiti əldə edir.

Kredit yalnız yerli valyutada – manatla təklif olunur. Kreditin faktiki illik faiz dərəcəsi (FİFD) 25% təşkil edir. Bura 1% komissyon haqqı da daxildir. Əlavə hər hansı sığorta və ya digər xərclər nəzərdə tutulmayıb.

Kimlər müraciət edə bilər ?

  • Təşkilatımızdan kredit götürmüş və kredit müddətinin 1/3-dən çox hissəsini tamamlamış olan müştərilərimiz
  • FINCA-da olan kreditini son üç ay ərzində bağlamış və hazırda FINCA-da krediti olmayan və yenidən kredit götürmək istəyən müştərilərimiz
  • Son üç ay ərzində FINCA-da olan kredit ödənişində 5 gündən çox gecikməsi olmayan müştərilər (son 12 ay ərzində isə gecikmə günlərinin sayı ümumilikdə 15 gündən çox olmayan müştərilər)
  • FINCA-dan başqa 1-dən çox krediti olmayan müştərilər

Məbləğ və müddət

  • Minimum 800 AZN, maksimum isə 4000 AZN təklif olunur (məbləğ son kreditə əsasən təyin olunur)
  • Kreditin maksimum müddəti 24 ay təşkil edir.

Necə müraciət etmək olar?

  • www.finca.az saytı üzərindən online müraciət etmək
  • Təşkilatın rəsmi Facebook səhifəsi və digər sosial media kanallarına daxil olaraq
  • Müştəri Məlumat Mərkəzi – *2525 nömrəsinə zəng edərək
  • Filiallarımızdan birinə yaxınlaşaraq

Bu real imkandan Siz də faydalanın !