“FINCA AZERBAİJAN” QBKT ÜÇÜN ÖNƏMLİ MƏRHƏLƏLƏR

1998
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı kiçik sahibkarlar üçün maliyyə vəsaitlərindən məsuliyyətli istifadə imkanları təmin etmək və bu şəxslərin biznes fəaliyyətlərini dəstəkləmək və iqtisadi artıma təkan vermək məqsədi ilə yaradılır.

2000
Azərbaycan Respublikasının Mərkəzi Bankı “FINCA Azerbaijan” Qeyri-Bank Kredit təşkilatını Azərbaycan ərazisində müştərilərə mikro kreditlər verən bank olmayan kredit təşkilatı kimi qeydiyyata alır və lisenziya təqdim edir.

2013
“FINCA Azerbaijan”Qeyri-Bank Kredit təşkilatı böyüyərək, Azərbaycanın hüdudları daxilində fəaliyyət göstərən 65 filialı ilə 150000-dən çox fəal müştəriyə xidmət göstərməklə ölkənin aparıcı bank olmayan kredit təşkilatı mövqeyini əldə edir.

2016
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “FINCA Azerbaijan” Qeyri-Bank Kredit  təşkilatını “Müştəri sadiqliyinin formalaşdırılması və saxlanması” nominasiyasında ən yaxşı təşkilat olaraq mükafatlandırır.

2017
“FINCA International” “FINCA Impact Finance” təşkilatının əsasını qoyur, 20 bank və mikromaliyyə institutundan ibarət olan bu şəbəkə 5 qitədə rəsmi olaraq fəaliyyət göstərir. “FINCA Impact Finance” kommersiya təşkilatı olsa da, sosial yönümlü fəaliyyət göstərən bir qurumdur. “FINCA Impact Finance” təşkilatı maliyyə nəticələri ilə yanaşı, müsbət sosial təsirlərin formalaşmasını da təmin edir.

2022
2022-ci il ərzində “FINCA Azerbaijan”Qeyri-Bank Kredit təşkilatı əksəriyyəti kənd yerlərində yaşayan müştərilərə  63 milyon AZN məbləğində yeni kreditlər təqdim edib və bununla da özünün kredit portfelini 50%-ə kimi artırıb. Bu biznes artımı ölkə üzrə rayonlarında regional filialların 22-dən 25-ə qədər genişləndirilməsi ilə dəstəklənmişdir.

2023
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 1998-ci ildən etibarən yerli fermerlərə, kiçik bizneslərə və ailə kəndli təsərrüfatlarına ümumi məbləği 2,2 milyard manatdan çox olan 1,1 milyondan çox kredit verilmişdir.