FINCA AZERBAIJAN-ın MÜŞAHİDƏ ŞURASI

FLORİN LİLA
Müşahidə Şurasının Sədri, Vitse-prezident və Avrasiya Regionu üzrə Direktor
FLORİN LİLA
Florin 2017-ci ildə Vitse-prezident və Regional Direktor olmazdan əvvəl ilk dəfə şirkətdə 2012-ci ildə Avrasiya regionu üzrə Direktor Müavini kimi işə başladı, sonra isə fəaliyyətinə FINCA şirkətinin Kosovodakı nümayəndəliyində Baş İcraçı Direktor kimi davam etdi. O, FINCA Impact Finance (FIF) şirkətinin İdarə Heyətinin (İH) üzvü və Gürcüstan, Qırğızıstan və Tacikistan nümayəndəliklərinin Direktorlar Şurasının Sədridir.
Florin Baş İcraçı Direktor, vitse-prezident və regional direktor vəzifələrində işləyərkən qazandığı təcrübənin köməyi ilə Kosovo və Tacikistandakı FIF filiallarında pul dövriyyələrini müvəffəqiyyətlə idarə edir. O, həmçinin səmərəliliyi artırmaq və müştərilərə daha yaxşı xidmət göstərmək məqsədilə bir çox innovativ rəqəmsal maliyyə xidmətlərinin həyata keçirilməsinə də nəzarət edir. Son vaxtlarda FINCA Bankın Qırğızıstandakı nümayəndəliyində mobil pulqabı, Gürcüstan və Ermənistan nümayəndəliklərində isə onlayn və mobil bankçılıq xidmətləri istifadəyə verilib.
O, özü ilə şirkətə zəngin bankçılıq təcrübəsi və xüsusi akademik bilik gətirdi. FIF-ə gəlməzdən əvvəl o, Kosovo və Qanadakı nümayəndəliklərin İcra Heyəti və Direktorlar Şurasında bir çox vəzifələrdə xidmət göstərərək bank sektorunda 13 illik təcrübəyə malik idi.
Florin Böyük Britaniyanın Staffordşir Universitetində Biznesin Təhlili üzrə İqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

FISNIK KEPUSKA
Audit Komitəsinin sədri
Fisnik Kepuska
Fisnik Kepuska ilk olaraq 2016-cı ildə Baş Maliyyə Meneceri kimi “FINCA Kosovo” təşkilatına qoşulmuşdur və hazırda Baş Əməliyyatlar Meneceri vəzifəsini icra edir. Bununla yanaşı, o, “FINCA” təşkilatının Azərbaycan, Tacikistan və Qırğızıstanda yerləşən ölkə filiallarındakı rəhbər heyətə dəstək göstərməklə, Avrasiya zonası üzrə Regional Rəhbər funksiyasını daşıyır. “Raiffeisen Bank Kosovo”, “NLB” kimi banklarda filial rəhbərliyi, risk və ən son Daxili Audit şöbəsinin rəhbəri kimi fərqli rəhbər vəzifələrdə çalışmış cənab Kepuska Kosovanın bank sektorunda 18 ilə yaxın peşəkar təcrübəyə malikdir. Həmçinin, Fisnik Kepuska dörd il “Banka Ekonomike” təşkilatında İcraçı Direktorun müavini vəzifəsini icra etmişdir.
Digər iş təcrübələrinə Priştina Universitetində Marketinq kurslarında tədris köməkçisi, “Kosovo Banklar Birliyi”ndə İdarə Heyəti sədrinin müavini, tullantılarının idarə edilməsi üzrə dövlət təşkilatında Direktorlar Şurasının sədri vəzifələri daxildir, Bundan başqa o, həm də Kosovonın “SİGURİA” sığorta təşkilatında audit komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. Cənab Kepuska öz ilk iş təcrübəsini “USAID” təşkilatının Kosovoda Biznesə Dəstək layihəsində məsləhətçi kimi başlamış və hazırda da gənc sahibkarlar üçün CEED çərçivəsində pulsuz məsləhət xidmətləri təklif etməkdədir.
Fisnik 2000-ci ildə London İqtisadi və Siyasi Elmlər Məktəbindən magistr dərəcəsi, 1997-ci ildə Priştina Universitetinin İqtisadiyyat fakültəsində bakalavr dərəcəsi əldə etmişdir. Fisnik sərbəst şəkildə alban, ingilis, serb və xorvat dillərində danışır.

JERROLD SMELCER
Müşahidə Şurasının Üzvü
JERROLD SMELCER
Jerrold sürətli iqtisadi inkişafla məşğul olan maliyyə müəssisələrində strateji inkişafın təşviqi üçün cavabdehlik daşıyıb və iqtisadi tənəzzül, kəskin yerli valyuta devalvasiyaları və sektor daxilində qeyri-işlək kreditlər kimi ölkədaxili əməliyyat problemlərini aradan qaldırmaq üçün struktur dəyişikliklərin həyata keçirilməsi prosesinə rəhbərlik edib.
O, Amerika Birləşmiş Ştatlarının Prezidentinin Xidmət və Mülki İştirak Şurası tərəfindən Azərbaycanda maliyyə sektorunun inkişafına göstərdiyi dəstəyə görə, habelə Beynəlxalq Maliyyə Korporasiyası və İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən Tacikistantanın ilk Milli Kredit Bürosunun yaradılmasında verdiyi töhfələrə görə tanınıb.
Jerrold Avstriya, Fransa, İsveç və Amerika Birləşmiş Ştatlarının universitetlərində təhsil alıb, həmçinin Tanderberd Qlobal Menecment Məktəbində MBA dərəcəsi əldə edib.

SRİDHAR SRİNİVASAN
Müşahidə Şurasının Üzvü
SRİDHAR SRİNİVASAN
Sridhar “Citigroup” təşkilatı çərçivəsində Asiya, Afrika və Avropa ölkələrində təxminən 30 il fəaliyyət göstərmiş maliyyə mütəxəssisidir. Bu müddət ərzində o, 3 ölkədə Baş İcraçı Direktor, Hindistanda Korporativ Bank bölməsinin müdiri, Afrikada Əməliyyat Xidmətləri üzrə rəhbər və Mərkəzi, Şərqi Avropa, Orta Şərq və Afrika üzrə Bank Xidmətləri qrupunun rəhbəri də daxil olmaqla, əsas ölkə və regional rəhbər vəzifələrini tutaraq müəssisələrin qurulması, böyüdülməsi və inkişaf etdirilməsində iştirak etmişdir. “Citi” təşkilatını tərk etdikdən sonra Sridhar “Oliver Wyman” təşkilatına ortaq və Hindistan bölməsinin rəhbəri olaraq qatılmış və hal-hazırda qlobal idarəçilik sahəsində aparıcı konsaltinq şirkətlərindən birində aparıcı məsləhətçi vəzifəsində çalışır.
Güclü fərdi keyfiyyətləri, şövqü və münasibət qurmaq bacarıqları sayəsində o, müxtəlif mədəniyyətləri və peşə sahələrini özündə ehtiva edən bir çox sayda qalib komanda yaratmışdır.
Hal-hazırda Sridhar startaplardan tutmuş Hindistanın ən böyük şirkətlərinə qədər müxtəlif şirkətlər üçün İdarə Heyətində qeyri-icraçı direktor / məsləhətçi kimi fəaliyyət göstərir.
Onun dərin təcrübəsi və nailiyyətləri ona rəhbərlər və idarə heyəti ilə idarəetmə strategiyası, biznes transformasiyası, idarəetmə, səhmdar maraqları, risk və tənzimləmə uyğunluğu kimi sahələrdə işləməkdə kömək edir.
Eyni zamanda o, erkən mərhələdə olan startaplar üçün aktiv “mələk” investor və mentor olaraq da xidmət göstərir.
Sridhar Hindistanın Mumbay şəhərində yaşayır. Delhi Universitetinin məzunudur və eyni zamanda Təsdiqlənmiş Mühasibdir.

Zar Wardak
Müşahidə Şurasının Üzvü
Zar Wardak
Zar Wardak hazırda FINCA Impact Finance-in Şərq bölgəsi üzrə vitse-prezidenti və şöbə müdiridir və O, şəbəkənin Şərqi Avropa, Orta Şərq və Cənubi Asiya bölgələrindən 7 ölkədəki fəaliyyətinə rəhbərlik edir. Diviziya rəhbəri vəzifəsinə başlamazdan əvvəl Zar, Orta Şərq və Cənubi Asiya Bölgəsi üzrə Regional Direktor vəzifəsində çalışmış və digər uğurlarından başqa, hazırda FINCA Pakistanın 100.000-dən çox bank müştərisi tərəfindən istifadə olunan “SimSim” mobil cüzdan tətbiqinin istifadəyə verilməsinə kömək etmişdir.
Zar Wardak, eyni zamanda FINCA Əfqanıstanın baş direktoru vəzifəsində çalışmışdır. FINCA-ya qoşulmazdan əvvəl Zar, Əfqanıstanda maliyyə xidmətləri sənayesi məsləhətçisi olaraq çalışmış və eyni zamanda ABŞ-da Citibankda Texas Regional Satış İnteqrasiya Direktoru vəzifəsində çalışmışdır. Kanzasdakı Southwestern Kollecində Beynəlxalq Biznes üzrə bakalavr və Virciniya Fairfaksdakı George Mason Universitetində Sülh Əməliyyatları üzrə Elm Magistr dərəcəsi almışdır.
FINCA AZERBAIJAN-ın İDARƏ HEYƏTİ
İdarə heyətimiz müxtəlif iş sahələrindən qaynaqlanan geniş təcrübə, peşəkar bacarıq və səriştələri özündə birləşdirən komandadan ibarətdir.

TİMOTİ TARRANT
“FINCA AZERBAIJAN”ın Ölkə üzrə Direktoru
TİMOTİ TARRANT
FINCA-ya qədər cənab Tarrant Amerika Biznes Mərkəzində Direktor və MCI Maliyyə Korporasiyasında isə Maliyyə Analitiki vəzifələrində iş təcrübəsi qazanmışdır. Timoti Tarrant Rusiya və MDB ölkələri üzrə ümumilikdə 20 illik idarəetmə təcrübəsinə malikdir.
Timoti Tarrant Beynəlxalq Əlaqələr üzrə bakalavr təhsilini Memfis Universitetində, beynəlxalq MBA səviyyəsi üzrə təhsilini isə “Thunderbird School of Global Management” Ali təhsil müəssisəsində almışdır. Bununla yanaşı, Timoti Filadelfiya ştatında yerləşən “American Bankers Association Stonier Graduate School of Banking” məktəbində 3 illik maliyyə, bank işi, menecment və liderlik üzrə təhsil proqramını keçmişdir. O, ingilis və rus dillərində danışır.

Muhammad Mobeen Yaqoob
Direktor Müavini
Muhammad Mobeen Yaqoob
FINCA-ya qoşulmazdan öncə o, 6 ildən çox MCB Bank MMC və ABN-AMRO Bank MMC (əvvəllər “Prime Commercial Bank” MMC) kimi bir neçə böyük kommersiya banklarında mərkəzi Maliyyə və Mühasibatlıq funksiyalarında yüksək mövqelərdə çalışmışdır. Bank sektorundan savayı o, həmçinin Pakistanın mühəndislik və tekstil sənayesi sahəsində 4 illik iş təcrübəsi qazanmışdır.
M.Moben Pakistanın Pəncab Universitetindən Bankçılıq və Maliyyə ixtisası üzrə MBA (Biznesin İdarə olunması üzrə Magistr) dərəcəsini almışdır.

Yadulla Rəhimov
Baş Hüquq Müşaviri
Yadulla Rəhimov
Yadulla Rəhimov 2016-cı ilin martında “FINCA Azerbaijan” Təşkilatına Böyük hüquqşünas vəzifəsində qoşulmuşdur. 2016-cı ilin İyun ayından Baş hüquq müşavirinin rəhbərinin vəzifələrini icra etmiş, həmin ilin dekabr ayında Hüquq Departamentinin “Korporativ Hüquqi Dəstək və Yüksək Məhkəmə Işləri” şöbəsinin rəhbəri təyin edilmiş, 01 yanvar 2020-ci il tarixindən Təşkilatın Baş Hüquq Müşaviri və İdarə Heyətinin üzvü təyin edilmişdir.
FINCA-ya qoşulmazdan öncə o, 5 ilə yaxın özəl və dövlət təşkilatlarında müxtəlif vəzifələrdə, o cümlədən Bakı Appelaysiya Məhkəməsində Hakim köməkçisi, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsində Baş məsləhətçi, Vijn Fond “AzerKredit”, “Capsian İnvestment and Development” və “AAC” Məhdud Məsuliyyətli Cəmiyyətlərində Korporativ hüquqşünas vəzifələrində çalışmışdır.
Yadulla Rəhimov beynəlxaq hüquq ixtiası üzrə Azərabycan Respublikası Qafqaz Universitetinin məzunu olmuş, Amerika Birləşmiş Ştatlarında “Hüquqi sənədləşmə”, Böyük Britaniyada “Müqavilələr hüququ” üzrə qısa müddətli praktiki kursları müvəffəqiyyətlə tamamlamış, dövlət qulluğunda “2-ci dərəcəli dövlət qulluqcusu” statusunu əldə etmişdir. O, ingilis və rus dillərində danışır.
“FINCA IMPACT FINANCE”-IN QLOBAL RƏHBƏRLİYİ
“FINCA Impact Finance” təşkilatının rəhbərliyi 12000-dən çox insanı əhatə edən qlobal təşkilatı idarə edir