Kənd Bankçılığının təməlini qoyan və iqtisadi inkişaf üçün səmərəli mikromaliyyə modelinin önəmli rol oynadığını sübut etməyə kömək edən FINCA qlobal təşkilatı “FINCA Impact Finance” adlı yeni idarəetmə modelini təqdim edir.

“FINCA Impact Finance”, maliyyəyə çıxışı olmayan insanlara məsuliyyətli maliyyə xidmətlərini çatdırmaq kimi FINCA-nın 30 illik mirasını davam etdirməklə yanaşı, eyni zamanda getdikcə artan rəqəmsal və mobil maliyyə xidmətləri imkanlarından istifadə edəcək.

21 mikromaliyyə bankları və institutlarından ibarət olan “FINCA Impact Finance” şəbəkəsi aztəminatlı insanların maliyyəyə çıxışının necə əldə olunması üsullarını araşdırır. Müştərilər tədricən ənənəvi çıxış üsullarından vaz keçərək mobil və agent bankçılığı da daxil olmaqla yeni texnologiya və əməkdaşlıqdan daha çox istifadə etməyə başlayırlar. “FINCA Impact Finance” şəbəkəsinin üzvü olan Konqo Demokratik Respublikasında əməliyyatların 75%-i hazırda ənənəvi filiallardan kənarda aparılaraq müştərilərin dəyərli vaxtına və puluna qənaət etməyə yardım edir.

“FINCA Impact Finance” rəqəmsal maliyyə xidmətlərini beş qitədə başladığına görə onun məsuliyyətli bankçılığa və müştərilərinin uzunmüddətli rifahına olan diqqəti geniş şəkildə tanınır. Gürcüstan, Qırğızıstan, Azərbaycan və Kosovoda olan nümayəndəliklərimiz müştərilərlə davranış zamanı yüksək etik standartların tətbiq edilməsini təsdiq edən “Smart” sertifikatını alıb.

“FINCA Impact Finance” Şirkətinin Baş İcraçı Direktoru vəzifəsinə iqtisadi inkişaf və inklüziv maliyyə xidmətləri sahəsində 25 ildən artıq təcrübəsi olan Andree Simon təyin olunub. Andree xanım müştəri yönümlü rəqəmsal maliyyə xidmətlərinə doğru istiqamətin inkişaf etdirilməsində böyük rol oynamışdır. O, Baş Əməliyyat Meneceri və FINCA qlobal şəbəkəsinin sosial investisiya əməkdaşlığı olan FINCA Mikromaliyyə Holdinq Şirkətinin Baş İcraçı Direktoru vəzifələrində çalışmışdır. Əvvəllər Andree xanım “Qadınlar üçün Qadınlar” Beynəlxalq Təşkilatının Prezidenti və Baş Əməliyyat Meneceri vəzifəsində çalışıb, o cümlədən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi və Beynəlxalq Qadın Mikromaliyyə təşkilatı da daxil olmaqla digər qurumlarda biznes məsləhətçisi qismində çıxış edib.

Xanım Simon, “FINCA bütün dünyada aztəminantılılar üçün iqtisadi inkişafın təkan vericisi kimi tanınır. Lakin maliyyə xidmətləri sferası dəyişir və əlbəttə bizim də yanaşmamız bu dəyişikliklərlə uyğunlaşmalıdır – biz müştərilərimizə hər zamankından daha çox yararlı olmaq istəyirik. Bu məqsədimizə çatmaq üçün, “FINCA Impact Finance” modeli çərçivəsində tətbiq etdiyimiz, mənimsədiyimiz yenilikçi maliyyə xidmətləri texnologiyaları xərcləri azaltmaqla, əlçatanlıqla və əhatəmizi genişləndirməklə onillərdir bizim əsas göstəricimiz olan məsuliyyətli müştəri əlaqələrini möhkəmləndirəcək”,- deyə bildirmişdir.

FINCA Impact Finance haqqında:

“FINCA Impact Finance” modeli aztəminatlı şəxslərə və cəmiyyətlərə sosial məsuliyyətli maliyyə xidmətləri təklif edən və cəmiyyətin gələcəyinə investisiya qoyan 21 mikromaliyyə qurumu və banklardan ibarət olan şəbəkəni əhatə edir. Şəbəkənin əsas iştirakçısı aztəminatlılara iqtisadi inkişaf yaratmaqda dəstək olmağı hədəf qoymuş mikromaliyyə və qeyri-kommersiya qurumu “FINCA International”dır. Əlavə məlumat üçün FINCAImpact.com saytını ziyarət edə bilərsiniz.