Müraciət tarixi: 09/09/2019 - 30/09/2019
İş yeri: Bakı
Vəzifə: BAŞ OFİS üçün KİÇİK HÜQUQŞÜNAS

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün KİÇİK HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədlərin hazırlamasına və məhkəmə işinin aparılmasına köməklik etmək;
  • Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
  • Təşkilatdaxili bütün sənədləşmə işlərinin, hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində Hüquqşünaslara dəstək göstərmək;
  • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

Tələblər:

  • Hüquq üzrə bakalavr dərəcəsi;
  • 1 ilədək  rəsmi iş təcrübəsinin və ya könüllü kimi təcrübəsinin olması;
  • Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi mükkəməl bilmək;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Regionlara səfər etmək imkanına malik olmaq;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Sentyabr 2019-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində KİÇİK HÜQUQŞÜNAS qeyd etməklə göndərə bilərsiniz.

Application Form