Müraciət tarixi: 08/11/2019 - 30/11/2019

İş yeri: Bakı

Vəzifə: BAŞ OFİSİ üçün BÖYÜK HÜQUQŞÜNAS

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı fəaliyyətinin genişləndirilməsi ilə bağlı olaraq BAŞ OFİSİ üçün BÖYÜK HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəliklər:

  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir.
  • Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəməyə təqdim etmək;
  • Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
  • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

Tələblər:

  • Hüquq üzrə magistr dərəcəsi;
  • Korporativ işlər üzrə azı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
  • Mülki, mülki-prosessual, ipoteka haqqında qanunvericiliyini mükkəməl bilmək;
  • Azərbaycan dilində səlis, İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Regionlara səfər etmək imkanına malik olmaq;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 noyabr 2019-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində BÖYÜK HÜQUQŞÜNAS qeyd etməklə göndərə bilərsiniz.