“FINCA Microfinance Holding Company” LLC (FMH) beş qitədə fəaliyyət göstərən 20 mikromaliyyə institutu və banka malikdir və sosial yönümlü investisiya fəaliyyətləri üzrə tərəfdaşdır.

FMH-nin sərmayədarları az təminatlı şəxslərə və icmalara məsuliyyətli maliyyə xidmətləri təmin edən törəmə təşkilatlar şəbəkəsinə malikdirlər, onların əsas məqsədi insanlara vəsaitlərini artırmağa, yeni iş yerləri yaratmağa və öz həyat standartlarını yüksəltməyə şərait yaratmaqdır. Mikromaliyyə şəbəkəmizin idarə edilməsində bütün səylər sosial yönümdə müsbət təsirlərə nail olmağa yönəlmişdir. Bizim SRI modelimiz dayanıqlı maliyyə nəticələri formalaşdıran kommersiya prinsiplərinə əsaslanmaqla, qarşımıza qoyduğumuz məqsədlərə xidmət edir. Uzun müddətli maliyyə dayanıqlılığının olması bizə imkan verir ki, ehtiyacı olan insanlar üçün maliyyə vəsaitlərindən istifadə imkanlarını artırmağa davam edək.

Qeyri-kommersiya təşkilatı kimi Vaşinqton D.C.-də fəaliyyət göstərən “FINCA International Inc.” FMH-nin investorlarına rəhbərlik edir və bu şirkətin əsas səhmdarıdır. Bu şirkətin səhmdarları sırasında Beynəlxalq Maliyyə Korporasiyası (İFC), “KfW” bankı, “Nederlandse Financierings-Maatschappij voor Ontwikkelingslanden N.V.” (FMO) (Hollandiyanın İnkişaf üzrə Maliyyə Şirkəti), “responsAbility”, “Triple Jump” və “Triodos” şirkətləri var.

FMH ilə tərəfdaşlıq “FINCA Impact Finance”-ın mikromaliyyə əməliyyatlarına kapital, maliyyə rıçaqları və biznes keyfiyyətləri qazandırır. Mikromaliyyə mühitinin davamlı olaraq müştərilərin, qanunvericiliyi tənzimləyən qurumların və ənənəvi xeyriyyə təşkilatlarının malik olduğu yeni gözləntiləri və yeni texnologiyaları qarşılamaq baxımından təkamül etdiyini nəzərə alsaq, bu məsələ daha çox aktuallıq qazanmış olur. 2011-ci ildən etibarən, tərəfdaşlarımızın yatırdığı kapital müştərilərimizə verdiyimiz kreditlərin çərçivəsini böyütməyə kömək etmiş və “FINCA Impact Finance” təşkilatının törəmə mikromaliyyə şirkətlərinin daha geniş miqyasda vacib maliyyə xidmətləri göstərən lisenziyalaşdırılmış maliyyə institutlarına çevrilməsi prosesinə dəstək olmuşdur və bu proses hələ də davam etməkdədir. Bu həm də təşkilatımızın inkişafı və müştəri tələblərini qarşılamaq baxımından ehtiyac olan hallarda FMH-ə kapital bazarlarından əlavə vəsaitləri borc almaq imkanı vermişdir.

IFC, Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) fəaliyyətini xüsusilə özəl sektora istiqamətləndirmiş ən iri qlobal maliyyə təsisatıdır. 100-dən artıq ölkədə özəl müəssisələrlə birgə əməkdaşlıq etməklə, təşkilat yoxsulluğun aradan qaldırılmasına kömək etmək və qlobal inkişaf dəyərlərini aşılamaq üçün şəxsi kapitalından, təcrübəsindən və nüfuzundan istifadə edir. Yeni iş yerlərinin yaradılması və qlobal inkişaf planı üzrə dünyanın ən prioritetli məsələlərinin həll edilməsi üçün özəl sektorun gücünü balanslaşdırmaqla 2013-cü ilin maliyyə ilində təşkilatın investisiyaları təqribən 25 milyarda çatmaqla ən yüksək həddə qalxmışdır.

1948-ci ildə ümumxalq hüquq təşkilatı kimi təsis edilmiş KfWBankengruppe “KfWBankengruppe” təsisatının səhmlərinin 80 faizi Almaniya Federativ Respublikasına, 20 faizi isə federal dövlətlərə məxsusdur. Ümumilikdə 440 milyard Avro məbləğində aktivlərə malik “KfW” bankı dünyanın ən aparıcı və ən təcrübəli vasitəçi banklarından biri hesab edilir. Heç bir filial şəbəkəsinə və ya müştəri depozit yatırımına malik olmayan bir bank qismində, qurum öz kreditvermə biznesini demək olar ki, yalnız beynəlxalq kapital bazarında təkrar maliyyələşdirir. “KfWEntwicklungsbank” bankı “KfWBankengruppe” qrupunun bir hissəsidir, və cari inkişaf məsələlərinə dair şəriştəli və strateji məsləhətlər təminedicisi qismində çıxış edir. “KfWEntwicklungsbank” bankının əsas prioritetləri yoxsulluğun azaldılması, beynəlxalq sülhün təmin edilməsi, milli sərvətlərin qorunması və qloballaşmanın formalaşmasına kömək etməkdir. Almaniya Federativ Höküməti adından bank 110-dan artıq ölkədə sosyal və ekoloji göstəricilərə uyğun iqtisadi inkişafa nail olmaq məqsədilə islahatları, infrastrukturu və maliyyə sistemlərini maliyyələşdirir. Bank dünya üzrə maliyyələşdirmə tərəfdaşıdır, və o, inkişaf layihələrində həmçinin şəxsi kapitalından istifadə edir.

“Netherlands Development Finance Company” (FMO) (Nederland İnkişaf üzrə Maliyyə Şirkəti) Nederlandın inkişaf bankıdır. Bank ambisiyalı sahibkarlara investisiyalar yatırmaqla inkişaf etməkdə olan və yeni formalaşan maliyyə bazarlarında özəl sektorun davamlı inkişafını dəstəkləyir. Bank düşünür ki, güclü özəl sektor iqtisadi və sosyal inkişafa səbəb olur, və bu da insanların öz bacarıqlarından istifadə etməsinə və həyat səviyyələrini artırılmasına təkan vermiş olur. Bankın fəaliyyəti inkişaf üçün yüksək təsirə malik üç sahəyə fokuslanmışdır: maliyyə təsisatları, enerji, kənd təsərüffatı biznesi, qida və su təsərrüfatı. 6.3 milyard Avro məbləğində investisiya portfelinə malik olmaqla, bank özəl sektorun iki tərəfli inkişafı üzrə ən böyük Avropa banklarından biri hesab edilir.

2003-cü ildə təsis edilmiş responsAbility Social Investments AG “responsAbility Social Investments AG” sosyal yönümlü investisiyalar üzrə özəl aktivlərin idarəediciləri arasında dünyanın aparıcı investisiya şirkətlərindən biridir. Şirkət mikromaliyyə, KOS maliyyələşdirilməsi, ədalətli ticarət və müştəqil mətbuat kimi sahələr üzrə ixtisaslaşır. responsAbility Global Microfinance Fund (Qlobal Mikromaliyyə Fondu) daxil olmaqla, şirkət öz məhsullarını təklif etməklə inkişaf etməkdə olan ölkələrdə və yeni formalaşan bazarlarda insanlara inkişaf üçün həlledici hesab edilən bazara, məlumat resurslarına və digər xidmətlərə çıxış təmin edir. Bununla da özəl və təsisatı təmsil edən investorlar maliyyə gəliri əldə etməklə eyni zamanda müsbət sosyal inkişafa peşəkarcasına töhfə vermiş olurlar. Hazırda yeni formalaşan bazarların aktivləri 1.8 milyard ABŞ dollarından aşağıdır.

TripleJump TripleJump təşkilatının missiyası mikro və kiçik müəssisələrə investisiya yatırılması üzrə vasitəçilik etməklə yeni formalaşan bazar iqtisadiyyatlarının davamlı inkişafına töhfə verməkdən ibarətdir. TripleJump kapital və konsaltinq xidmətləri təmin etməklə hər üç inkişaf mərhələsində (yeni formalaşan, genişlənən və inkişaf etmiş bazarlar) stimullaşdırıcı mikromaliyyə təsisatlarının genişləndirilməsini dəstəkləyir. Təşkilatın məqsədi sahibkarlıq mühiti yaratmaqla yeni formalaşan bazarlarda səmərəli sosyal təsirə nail olunması istiqamətində birgə əməkdaşlıq etməkdir. Təşkilatın fəaliyyəti ölkələrində yoxsulluğun azaldılmasına, az gəlirli və həssas qruplara, xüsusilədə qadınlara yardım göstərən, cəmiyyətə və ətraf mühitə hörmətlə yanaşan, və maksimum səmərəliliyə nail olunmasına, maliyyə resurslarının davamlılığına və onlara çıxışa təminat yaradan Mikromaliyyə Təsisatlarına istiqamətlənmişdir.

Triodos Investment Management “Triodos İnvestment Management” Triodos Bank-ın 100 faiz törəmə şirkətidir və dünyanın aparıcı sosyal yönümlü banklarından biridir. “Triodos İnvestment Management” təşkilatı sosyal investisiyalar sahəsində qlobal aləmdə geniş tanınmış lider təşkilatdır, və o, davamlı enerji infrastrukturundan mikromaliyyə təsisatlarına qədər sahəni əhatə edən sektorlarda birbaşa investisiyaları idarə edir. 1994-cü ildən bəri ümumi maliyyələşdirmə sahəsində onun ümumi aktivlərinin dəyəri 500 milyon Avro məbləğini keçmişdir, və bununla da təşkilat bu sahədə aparıcı investorlardan birinə çevrilmişdir. İxtisaslaşmış fondlar vasitəsilə bank hazırda 44 ölkədə çoxdan təsis edilmiş və eləcədə yaxın vaxtlarda təsis ediləcək 104 maliyyə təsisatlarına həm kredit həm də kapital daxil olmaqla – maliyyə xidmətləri göstərir. Bank 21 maliyyə təsisatında kapital payına sahibdir; Triodos Bank qrupun İdarə Heyətinə qoşularaq qrupa daxil olan digər təsisatların idarəedilməsində fəal surətdə öz töhfəsini verir.