“FINCA Azerbaijan” aşağı gəlirli şəxslər və icmalar üçün gələcəyə sərmayə yatırmağa imkanlar yaradaraq sosial məsuliyyətli maliyyə xidmətləri ilə təmin edən 20 mikromaliyyə institutu və bank şəbəkəsinə malik FINCA Mikromaliyyə Holdinq Şirkətinin bir hissəsidir. Azərbaycan əhalisinə 1998-ci ildən xidmət göstərən “FINCA Azerbaijan”  müştəri sayına və xidmət sahəsinə görə Azərbaycan mikro-maliyyə bazarında əhəmiyyətli mövqeyə sahibdir.

Təşkilat ofis  ləvazimatlarının alışın təşkili üçün tender elan edir. Bu məktuba əlavə edilmiş sənəddə  saylar və siyahı ilə tanış ola bilərsiniz.

Qiymət təklifinizi   21 fevral  2020-ci il, saat 17 :30 a kimi “FINCA Azerbaijan” təşkilatının Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanında inzibati şöbəyə Elçin Babayevə və ya Hətəm Bağırlıya təqdim edin (təklifinizdəki qiymətlərdə verginin hesablanması və hansı növ vergi ödəyicisi olduğunuz barədə məlumatı da qeyd edin). Yuxarıda göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Əlavə olaraq sizdən təchiz olunacaq malların sifariş verildikdən sonra hansi müddətdə təmin olunacağı, firmanızın hüquqi sənədlərinin surəti (vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə və s.) və əməkdaşlıq etdiyiniz şirkətlərin rəy məktublarının təqdim olunması tələb olunur.

Tenderdə  qalib olan təchizatçı firma 07 Mart 2020 ci il tarixinə qədər “FINCA Azerbaijan” tərəfindən müəyyənləşdirilib elan olunacaqdır.

Qalib elan olunduqdan sonra hər hansı alqı satqı əməliyyatı “FİNCA Azerbaijan”ın təlimatlarına uyğun olaraq icra olunacaqdır.

Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız varsa

012 596 3384  /055 455 26 10 / 055 251 70 21   nömrələri vasitəsi ilə Elçin Babayevdən  və ya Hətəm Bağırlıdan ətraflı məlumat ala bilərsiniz.

Hörmətlə,

Elçin Babayev

İnzibati departament meneceri v.i.e  / FINCA Azerbaijan

Tender siyahı      Əlavə 1