Müştəri Məxfiliyinin Qorunması

FINCA artıq uzun vaxtdır ki, mikromaliyyə sektorunda müştərilərin qorunması üzrə standartlar tərtib etmişdir. Biz, mikromaliyyə institutlarının düzgün etik qaydalar və intellektual biznes forması tətbiq etmələrini təmin etmək üçün prinsiplər toplusu olan “İntellektual Kampaniya” modelini dəstəkləyir və onu inkişaf etdiririk. Müştəri yönümlü bu davranış qaydalarına aşağıdakılar daxildir:

  • Uyğun məhsulun hazırlanması və çatdırılması
  • Həddən artıq-borcluluğun qarşısının alınması
  • Şəffaflıq
  • Məsuliyyətli qiymət təyin etmə
  • Müştərilərə ədalətlə və hörmətlə yanaşma
  • Müştəriyə aid məlumatın məxfiliyinin qorununb saxlanılması
  • Narazıçılıqların həll edilməsi üzrə mexanizmlər

Bir şəbəkə olaraq FINCA məsuliyyətli və müştəri yönümlü maliyyənin tanıdılmasına çalışır. Biz, bu məqsədə nail olmaq üçün Müştərinin Qorunması Prinsiplərinə dair İntellektual Kampaniyanın tətbiq olunmasına çalışırıq, və biz qarşıdan gələn beş il ərzində təşkilatın bütün filiallarının “İntellektual Kampaniya” Sertifikatını əldə etməsi üçün sertifikatlaşdırma üzrə qarşımıza qoyduğumuz strateji məqsədlərimizə nail olmaq yolunda cəhdlərimizi fəal olaraq davam etdirəcəyik. FINCA Qırğızıstan 2014-cü ilin Dekabr ayında “İntellektual Kampaniya” Sertifikatını əldə etmiş ilk filial olmuşdur.
Press-reliz oxumaq üçün bura klikləyin >>

“İntellektual Kampaniya” Sertifikatının əldə olunması ilə bərabər müştərilərimizin ehtiyaclarının prioritetləşdirilməsi üçün FINCA-nın atdığı qabaqlayıcı addımlara aşağıdakılar daxildir:

Müştərinin Qorunması Prinsipləri FINCA-nın qlobal qanunlarında və Filiala dair Ümumi Qanunlar üzrə Təlimatda kodlaşdırılıb; Bütün Filiallar “İntellektual Kampaniya”-nı təsdiqləmiş və buna dair özünü-qiymətləndirmə sorğusunu tamamlamışlar.

Biz, həmçinin, qiymət təyin etmədə və Sosiyal İcra üzrə Komanda Heyətinə dair (Social Responsibility Task Force) Beynəlxalq Standartlarda tam olaraq şəffaflığın təmin edilməsi üzrə geniş formada atılan cəhdlərin bir hissəsi kimi MikroMaliyyə Şəffaflığı adı altında keçirilən kampaniyada fəal olaraq iştirak edir və onu dəstəkləyirik; bu standartlar sosiyal icranı və missiyaya uyğunluğu qiymətləndirir.

Aşağıda FINCA-nın müştərilərini qoruduğu əlavə iki metod qeyd olunur:

MÜŞTƏRİLƏRİN TƏLİMİ
FINCA-dan kredit almazdan əvvəl potensial müştərilər təlimdən keçməlidirlər. Potensial müştərilər təlim zamanı kredit barədə, nəğd vəsaitlərin hərəkətinin idarəedilməsi, gəlirlərinin bir hissəsini əmanət hesabına qoyma qaydaları, və bizneslərini genişləndirmək qabiliyyətində olduqlarını necə qiymətləndirmələri barədə biliklər əldə edirlər.

MÜŞTƏRİLƏRİN ARAŞDIRILMASI

Müştərilərimizi və mikromaliyyənin onların həyatına və dolanışığına hansı formada təsir etdiyini daha yaxşı anlamaq üçün FINCA ətraflı araşdırmalar aparır. Bu araşdırmalar bizim məhz ən az gəlirli sahibkarlara xidmət göstərdiyimizi və məhsullarımızın və xidmətlərimizin onların ehtiyaclarını qarşıladığını təsdiqləməyə kömək edir. Eləcədə bu araşdırmalar biznes vərdişlərimizi dəyişən bazarın tələblərinə və müştərilərimizin ehtiyaclarına uyğunlaşdırmağımız üçün bizə imkan yaradır.

 
©2017 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat