“Uğur-2012” Mükafatı

Ughur 2012
Aprel ayının 24-də Jumeirah otelində “Uğur-2012” mükafatının təntənəli təqdimetmə mərasimində “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı 2012-ci ildə Azərbaycanda mikro-maliyyələşdirmə xidmətlərinin göstərilməsində əldə etdiyi nailiyyətlərə görə “Uğur-2012” Milli Mükafatına layiq görüldü.
“FINCA Azerbaijan” 2012-ci ildə də uğurlu inkişafını davam etdirmiş və müştəri sayı baxımından mikro-maliyyə bazarındakı 10 illik liderliyini saxlamışdır. Belə ki, təşkilat 2012-ci ildə müştəri sayını 14% artıraraq 136,919 nəfərə çatdırmışdır; bu da Azərbaycan mikro-maliyyə bazarının təqribən 29%-ni təşkil edir. Kredit portfelindəki artım isə müştəri sayına nisbətən 2 dəfədən daha çoxdur: 30%. 2012-ci ilin nəticələrinə görə təşkilatın kredit portfeli 150 milion USD-dən artıqdır.
Sürətlə inkişaf edən “FINCA Azerbaijan” kredit təşkilatı artıq 15 ildir ki, Azərbaycanda sahibkarlığın inkişafı və kiçik və orta sahibkarların həyat standartlarının yüksəldilməsi üçün çalışır. Bu sosial missiyanı əsas tutaraq “FINCA Azerbaijan” hazırda 60-dan çox ofislər şəbəkəsi vasitəsilə Azərbaycanın müxtəlif regionlarında 140,000 nəfərdən çox sahibkarlara maliyyə xidmətləri göstərir.
 
 
©2018 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat