“Nümunəvi Müştəri Şikayətlərinin İdarə Edilməsi Mexanizminə Malik Olan Təşkilat” mükafatı

“FINCA Azerbaijan” Kredit Təşkilatı Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən tərtib edilən “Nümunəvi Müştəri Şikayətlərinin İdarə Edilməsi Mexanizminə Malik Olan Təşkilat” mükafatına 27 yanvar 2012-ci il tarixində  layiq görülmüşdür.
FINCA Smart Kampaniyasına qoşulan kredit təşkilatlarından biridir. Təşkilat kampaniyanın digər prinsipləri kimi şikayətlərə baxılması ilə əlaqədar olan prinsipini də ən yaxşı şəkildə idarə etməyə daim səy göstərir.
Müştərilərlə müqavilə imzalanarkən onlar bütün şikayət proseduru haqqında məlumatlandırılır və müqaviləyə təşkilatın şikayət mexanizması haqqında məlumatların yazıldığı xüsusi forma əlavə edilir.
Bunlardan əlavə müştərilər öz şikayətlərini məktub şəklində göndərə və ya birbaşa ofislərə gələrək də bildirə bilirlər.
Bütün filiallarda qoyulmuş “Şikayət və Təkliflər Kitabı” isə digər bir vasitədir. “Şikayət və Təkliflər Qutusu” kimi bu kitablar da müştərilərin rahatlıqla görə biləcəyi yerlərdə qoyulmuşdur. Bu kitabda yazılan şikayət və təkliflər baxılması üçün mütəmadi olaraq Baş Ofisə göndərilir.
Şikayətlərin çatdırılması üçün digər istifadə edilən vasitə isə bütün filiallarda müştərilərin rahatlıqla görə biləcəyi yerlərdə qoyulmuş “Şikayət və Təkliflər Qutusu”dur. Müştərilər, eləcə də işçilər hər hansı şikayət və ya təkliflərini yazaraq bu qutulara ata bilərlər.
Təşkilat müştərilərin şikayətlərini toplamaq üçün bir neçə vasitədən istifadə edir. Onlardan biri də qaynar xəttdir. (+994 55) 455 25 25 nömrəli qaynar xətt nömrəsi iş günlərində saat 9:00-dan 18:00-a kimi müştərilərə xidmət göstərir, qaynarxett@fincaazerbaijan.comelektron ünvanı isə daim müştərilərin xidmətindədir.

 
 
©2018 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat