31-01-2019

“FINCA Azerbaijan” genişlənmə ilə bağlı əsas planlarını açıqladı

Mikromaliyə sahəsinin qabaqcılı olan təşkilat öz filial şəbəkəsini genişləndirəcək və müştərilərə göstərilən xidmət səviyyəsinin artırılması üçün investisiyalar yatıracaq

31 Yanvar 2019-cu il, Bakı, Azərbaycan— Ölkədə aparıcı mikromaliyyə institutlarından biri olan “FINCA Azerbaijan” fəaliyyətinin 20 illiyi münasibətilə əsas inkişaf planlarını açıqlayıb. 3 illik çətin bir dövrü geridə qoymuş təşkilat daha çox müştəriyə xidmət göstərmək məqsədilə 2019-cu ildə 8 yeni regional filialını açmağı planlaşdırır.

Mətbuat konfransında “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant və “FINCA Impact Fınance” qlobal şəbəkəsinin prezidenti və icraçı direktoru Andree Simon iştirak edib.

Təşkilatın son 3 illik dövrü barədə qısa məruzə edən “FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant bildirib ki, şirkət bu müddət ərzində əsas fəaliyyətini kredit portfelinin idarə olunması və əməliyyatların səmərəliliyinin artırılması üzərində cəmləşdirib. O, həmçinin qeyd edib ki, şirkət 2017 və 2018-ci illəri mənfəətlə başa vurub və 2019-cu ildə də daha yaxşı maliyyə nəticələrinin olmasını proqnozlaşdırır.

Timoti Tarrant bildirib: “Ötən 3 il ərzində bizim səmərəliliyi artırmaqla bağlı gördüyümüz tədbirlər Azərbaycanda şirkətimizin fəaliyyətinin gələcəkdə baş verə biləcək hər hansı qlobal makroiqtisadi şoklara qarşı daha dayanıqlı olmasını təmin edəcəkdir. “FINCA Azerbaijan” 2019-cu ildə 8 yeni regional filialını açmağı planlaşdırır. Biz ölkə üzrə müştərilərə, xüsusilə kənd yerlərindən olan müştərilərə maliyyə xidmətləri göstərərək, inkişaf edən bu bazarda böyük pay əldə etmək niyyətindəyik”.

“FINCA Impact Finance” qlobal olaraq müştərilərin gəlirlərini artırması və göstərilən xidmət səviyyəsinin qaldırılması, eləcə də sosial sferaya müsbət təsir etmək məqsədilə öz biznes modelini səmərəlik və onun miqyasının artırılması istiqamətində dəyişmişdir. “FINCA Azerbaijan”ın bu istiqamətdə olan səyləri də davam edən bu yenilikçi qlobal strategiyaya öz töhfəsini vermişdir.

“FINCA Impact Fınance”ın qlobal icraçı direktoru Andree Simon deyib: “FINCA Azerbaijan” müştərilərimizə olan güclü sadiqliyini nümayiş etdirdi və səmərəliyin artırılması istiqamətində böyük irəliləyiş etdi. Biz hazırda inkişaf yolundayıq və Azərbaycan iqtisadiyyatı barədə nikbinik”.