FINCA Mikromaliyyə Holdinqin rəhbəri Azərbaycana səfər edir


Andree-Simon-312x200

FINCA Mikromaliyyə Holdinqinin Baş İcraçı Direktoru xanım Andrée Simon 15-17 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər müddətində O,  “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının baş ofisi və bir neçə filialını ziyarət edəcək. Onun həmçinin, ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq və regional maliyyə qurumları, eləcə də digər tərəfdaş təşkilatlarla işgüzar görüşlər keçirməsi də planlaşdırılır.

“FINCA Azerbaijan” Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-bank mikromaliyyə təşkilatıdır və o, FINCA qlobal mikromaliyyə şəbəkəsinin bir hissəsidir.

Aparıcı və sosial baxımdan məsuliyyətli investisiya tərəfdaşları ilə birlikdə, FINCA,  maliyyə davamlılığına və sosial yonümlü icraya ikiqat fokuslanmaqla, 21 ölkədə 1.6 milyondan çox  az gəlirli sahibkarlara və onların icmalarına xidmət göstərən mikromaliyyə təssisatlarının şəbəkəsinə sahibdir və onları idarə edir.

Təşkilat barədə əlavə məlumat üçün  www.finca.org  vebsaytına daxil olun.

 
 
©2017 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat