“FINCA Azerbaijan” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif etməyə başlayıb. Yeni plastik kartlar “FINCARD” adlanır və bu, əvvəlcədən ödəniş edilən yeni innovativ kreditvermə kanalı sayılır. Hazırda kredit kartları sınaq layihə çərçivəsində təşkilatın bir neçə filialında həm yeni, həm də təkrar müştərilərə təklif olunur.

“FINCARD” içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul FINCA-nın kassalardan əlavə kredit çatdırılması kanallarının yaradılması istiqamətində mühüm addımlardan biridir. Müştərilər “FINCARD” ilə bank və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə nağdsız əməliyyatlar həyata keçirə bilərlər.

Artıq Təşkilatın bir neçə müştərisi “FINCARD” əldə edərək yeni kreditvermə kanalından uğurla istifadə etmişdir. “FINCA Azerbaijan”ın bu xidməti Təşkilatın Azərpoçt və Millikart ilə əməkdaşlığı çərçivəsində mümkün olmuşdur.

Əlavədəki broşur vasitəsi ilə “FINCARD” lokal ödəniş kartı ilə bağlı daha ətraflı məlumat əldə etmək mümkündür.

FINCARD