“FINCA Azerbaijan” müştərilərinə krediti həm də plastik kartlarda təklif edir


FINCARD_JPG_FINAL

“FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı artıq bütün filiallarında plastik kartlarda kredit təklif etməyə başlayıb. Yeni plastik kartlar “FINCARD” adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kreditvermə kanalı sayılır. Müştərilər “FINCARD” ilə bank və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə nağdsız əməliyyatlar həyata keçirə bilərlər.

“FINCARD” içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır. Bu yeni məhsul FINCA-nın alternativ kreditvermə kanalının yaradılması istiqamətində mühüm addımlarından biridir.

Daha öncə sınaq müddətində Təşkilatın bir neçə filialında müştərilər “FINCARD” əldə edərək yeni kreditvermə kanalından uğurla istifadə etmişdir. “FINCA Azerbaijan”ın bu xidməti Təşkilatın Azərpoçt və Millikart ilə əməkdaşlığı çərçivəsində mümkün olmuşdur.

*2525 nömrəsinə zəng edərək “FINCARD” ilə bağlı daha ətraflı məlumat əldə etmək mümkündür.

 
 
©2017 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat