Ölkədə kredit təşkilatları arasında üçüncü ən geniş filial şəbəkəsinə malik “FINCA Azerbaijan”ın daha beş fililalında kassa fəaliyyətə başlayıb. Bununla da filiallarda nağd pul kassalarının sayını 55-ə çatdıran “FINCA Azerbaijan” müştərilərin kassa əməliyyatlarını daha rahat şəkisldə icra etməsi üçün lazım olan bütün şəraiti yaradıb.

Azərbaycanın regionlarında kiçik sahibkarlar və biznesə kreditlərin verilməsində ən böyük mikromaliyyə institutu olan “FINCA Azerbaijan” 67 filialında yerli və xarici valyuta ilə kredit verilişini davam etdirir. Təşkilat ölkədə məlum devalvasiyadan sonra da müştərilərinə manatla kredit verilişini dayandırmamış və bu yaxınlarda “PROPARCO” maliyyə institutu tərəfindən ayrılmış kredit xətti vasitəsi ilə minlərlə yeni və mövcud müştərilərin kredit əldə etməsi imkanlarını daha da genişləndirmişdir.

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ölkədə fəaliyyət göstərən aparıcı mikromaliyyə müəssisəsidir və təşkilat kənd təsərrüfatı da daxil olmaqla, ölkə üzrə müxtəlif kredit məhsulları təklif edir. Hazırda təşkilatın 150.000-dən artıq kredit götürmüş müştərisi və 185 milyon ABŞ dolları məbləğində kredit portfeli vardır. “FINCA Azerbaijan” təsis edildiyi 1998-ci ildən bəri bir milyondan artıq müştəriyə kredit vermişdir.