“Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol”


“FINCA Azerbaijan” Mərkəzi Bankın “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı layihəsinə qoşulub. Bir sıra bank-maliyyə qurumlarının iştirak etdiyi bu layihə çərçivəsində müxtəlif mövzularda təlimlər təşkil olunacaq və layihənin iştirakçısı olan maliyyə qurumlarına tədris səfərləri təşkil olunacaq.

“FINCA Azerbaijan” layihə çərçivəsində “Regionların inkişafında mikromaliyyənin önəmi və məsuliyyətli borclanma” mövzusunda təlim təşkil edəcək və layihədə iştirak edən tələblərin maliyyə savadlılığının artırılmasına öz töhfəsini verəcək.

Layihəni uğurla başa vurmuş tələbələrdən ikisi “FINCA Azerbaijan”da təcrübə keçmək imkanı qazanacaq.

 
 
©2019 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat