Regionlardakı bir çox xanımlar kimi Ülviyyə Əliyeva da uzun müddət iş axtarışında olub. Nəticə olmadığını görən Ülviyyə bir müddət evlərə gedərək xanımları gözəlləşdirmək üçün onlara xidmət göstərib. İllər sonra o, etdiyi kiçik yığımla Masallı şəhərində özünün şəxsi gözəllik salonunu açmaq qərarına gəlir.

2009-cu ildə Ülviyyənin rəfiqəsi “FINCA Azerbaijan” ın onun kimi şəxsi biznes qurmaq arzusunda olan xanımlara kredit verdiyini deyir. Qısa müddət ərzində FINCA-dan kredit əldə edən bu xanım arzusunu gerçəkləşdirərək salon açır və bununla da özünün daimi qazanc mənbəyini təmin etməyə başlayır.

İşinin uğurla inkişaf edtiyini görən Ülviyyə salonun imkanlarını genişləndirmək və müştərilərinə daha yaxşı xidmət göstərmək üçün ikinci dəfə FINCA-ya üz tutur. Bu dəfə əldə etdiyi kreditlə o, həm də yeni işçi götürərək salondakı xidmətin səviyyəsini bir az da artırmış olur.

Gəlirləri artdıqca, Ülviyyə gözəllik salonu ilə bərabər gəlin paltarlarının satıldığı dükan da açır. Bu dəfə də FINCA -dan götürdüyü kreditlə biznesində uğur qazanır və dükanda işləmək üçün əlavə işçi götürür.

İndi Ülviyyə yaşadığı şəhərin başqa yerlərində də əlavə gözəllik salonu və gəlin palatrları satılan dükan açmaqla öz biznesini daha da genişləndirmək və bununla da yeni iş yerləri açmaq barədə düşünür.