Ülviyyə Əliyeva

Ülviyyə Əliyeva

Regionlardakı bir çox xanımlar  kimi Ülviyyə Əliyeva da uzun müddət iş axtarışında olub.  Nəticə olmadığını görən Ülviyyə bir müddət evlərə gedərək xanımları gözəlləşdirmək üçün onlara xidmət göstərib.  İllər sonra o, etdiyi kiçik yığımla  Masallı şəhərində özünün şəxsi gözəllik salonunu açmaq qərarına gəlir.

 2009-cu ildə Ülviyyənin rəfiqəsi “FINCA Azerbaijan” ın onun  kimi şəxsi biznes qurmaq arzusunda olan  xanımlara kredit verdiyini deyir. Qısa müddət ərzində  FINCA-dan  kredit əldə edən bu xanım arzusunu gerçəkləşdirərək salon açır və bununla da özünün daimi qazanc mənbəyini təmin etməyə başlayır.

İşinin uğurla inkişaf edtiyini görən Ülviyyə salonun imkanlarını genişləndirmək və müştərilərinə daha yaxşı xidmət göstərmək üçün ikinci dəfə FINCA-ya üz tutur. Bu dəfə əldə etdiyi kreditlə o, həm də yeni işçi götürərək salondakı xidmətin səviyyəsini bir az da artırmış olur.

Gəlirləri artdıqca, Ülviyyə gözəllik salonu ilə bərabər gəlin paltarlarının satıldığı dükan da açır. Bu dəfə də FINCA -dan götürdüyü kreditlə biznesində uğur qazanır və dükanda işləmək üçün əlavə işçi götürür.

İndi Ülviyyə  yaşadığı şəhərin başqa yerlərində də əlavə  gözəllik salonu və  gəlin palatrları satılan dükan açmaqla öz  biznesini daha da genişləndirmək və bununla da yeni iş yerləri açmaq barədə düşünür.

FINCA Azerbaijan haqqında daha çox məlumat al

 
©2019 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat