Tamilla Hidayətova

Tamilla Hidayətova

Şabran rayonunun Günəşli kəndində yaşayan Tamilla Hidayətova hazırladığı ağartı məhsullarını satmaqla ailəsinə kömək edir. Əvvəllər yalnız həyətyanı sahədə əkib-becərməklə məşğul olan Tamilla xanım bir gün ailəsinə həm də maddi kömək etmək barədə düşünür.

Yaxın qonuşusu ona FINCA-dan kredit əldə edərək ağartı məhsulları hazırlamağı və təsərrüfatını daha da genişləndirməyi təklif edir. “Qonşum məsləhət gördü ki, FINCA öz ailə təsərrüfatını genişləndirmək istəyən insanlara kredit verir. Mən də müraciət etdim. Gəlib həyətimə və təsərrüfatıma baxdılar və mənə kredit verdilər”,- deyə Tamilla xanım bildirir.

FINCA ilə uğurla əməkdaşlığı artıq dörd ildir davam etdirən Tamilla xanım müsbət kredit tarixçəsi olduğu üçün bu yaxınlarda krediti daha asan şərtlərlə – “Bir zənglə kredit” ilə əldə edib. O, bu dəfə götürdüyü krediti heyvandarlıq tövləsinin şəraitini daha da yaxşılaşdırmaq üçün istifadə edəcəyini deyir.

Üç övlad sahibi olan  Tamilla xanım indi inək saxlamaqla ağartı məhsulları hazırlayır və onun satışını təşkil edərək ailə büdcəsinə dəstək olmağa çalışır. O, FINCA-dan əldə etdiyi kreditin ailəsinin kəndli təsərrüfatının genişləndirilməsində mühüm rol oynadığını bildirir.

FINCA Azerbaijan haqqında daha çox məlumat al

 
©2019 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat