Birgə Uğur

Seyran Orucəliyeva

Seyran Orucəliyeva 34 ildir xalça toxuyur və öz toxuduğu xalçaların satışını da özü həyata keçirir. Əl işlərində uzun illik təcrübəsi olan Seyran xanım qızı və 2 nəvəsi ilə birlikdə Şabran şəhərində yaşayır. Öz biznesi üçün xammala ehtiyacı olan Seyran xanım maliyyə çatışmazlığına görə işlərini qaydasında yürüdə bilmirdi.

Bunun üzərinə Seyran xanım FINCA Azerbaijan-ın digər müştərilərinin məsləhəti ilə FINCA-nın Şabran filialına gələrək kredit məhsulları haqqında ətraflı məlumat almışdır. Şərtlərdən razı qalan Seyran xanım kredit götürmək qərarına gəlmişdir. 2008-ci ildə ilk dəfə kredit üçün FINCA-ya müraciət edən Seyran xanım təşkilatdan 1500 USD məbləğində kredit götürmüşdür. Sənədləşmə işlərinin asan olması və az sənəd tələb olunması Seyran xanımı xüsusilə razı salmışdır. O, aldığı kreditlə işlərini böyüdərək, FINCA-dan daha çox məbləğlərdə və davamlı olaraq kredit götürməyə başlamışdır. Hal-hazırda təşkilatın aktiv müştərisi olan Seyran xanım 4-cü dəfə FINCA-dan kredit götürmüşdür ki, həmin kreditin məbləği 5000 USD dəyərindədir.

Tezliklə FINCA Azerbaijan-ın təklif etdiyi FINCA Expres Kredit məhsulundan əldə edən Seyran xanım öz işlərini qısa müddətə qaydaya salmış və biznesini inkişaf etdirməyə başlamışdır. Belə ki, Seyran xanım aldığı kreditlərlə biznes ünvanlarını artırmış və yeni dəzgahlar almışdır. Seyran xanım gələcəkdə FINCA-dan yenidən kredit götürərək yeni iş yeri açmaq və başqa biznes sahəsi ilə də məşğul olmaq fikrindədir.

Seyran xanım müxtəlif  dövrlər ərzində götürdüyü kreditlərlə biznesini genişləndirərək əlavə qazanc əldə edərək evini və həyətyanı sahəsini təmir etdirmiş, torpaq sahəsi alaraq oğluna ev tikdirmiş, qızına toy etmiş və bu kimi güzəranını yaxşılaşdıran işləri həyata keçirməyə müvəffəq olmuşdur.

FINCA-dan aldığı kreditlərlə çoxlu irəliləyişlər əldə edən Seyran xanım bütünlükdə FINCA-dan və işçi heyətindən razı olduğunu və təşkilata böyük rəğbət bəslədiyini bildirir. Seyran xanım həmçinin gələcəkdə FINCA ilə əlaqələrinin daha da genişlənməsini və daimi xarakter almasını arzulayır.

FINCA Azerbaijan haqqında daha çox məlumat al

 
©2019 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat