Uğura Bir Doğru Addım

Sərmayə Qəhramanova

Sərmayə Qəhrəmanova Qax rayonunun Qaratala kəndində anadan olub və hal-hazırda ailəsi ilə həmin kənddə yaşayır.

Kiçik yaşlarından valideynlərinə təsərrüfat işlərində kömək edən Sərmayə xanım anasından süd məhsullarının hazırlanması qaydalarını öyrənib. Ailə üzvlərini daima təbii və təzə qatıq, pendir, qaymaqla təmin edən Sərmayə xanım öz ailə həyatını qurandan sonra da təsərrüfatla məşğul olmağa davam etmişdir.

Sərmayə xanımın 1 oğlu və 3 qızı var – hər biri artıq öz ailələrini qurublar. Ailə böyüdükçə tələbatlar da artır. Tələbatların qarşılanması və həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün o, heyvandarlıq biznesini inkişaf etdirmək qərarına gəlmiş və bunun üçün də kredit axtarışına başlamışdır. Bu məqsədlə Sərmayə xanım “FINCA Azerbaijan”ın müştəriləri olan ailəvi dostlarının məsləhəti ilə Şəki şəhərindəki FINCA ofisinə müraciət etmişdir.

Kreditin nə olduğu, onun şərtləri və növləri haqqında çox az məlumatı olan Sərmayə xanım kredit şərtləri haqqında tam məlumat aldıqdan sonra kredit işçilərinin məsləhəti ilə öz biznesinə uyğun olan Kənd Təsərrüfatı Ticarəti üzrə Kredit məhsulunu seçmişdir.

2 gündən sonra Sərmayə xanım biznesinin inkişafı üçün lazım olan məbləği əldə etmiş və mal-qaranın sayını artırmaq üçün 10 baş dana və qoyun almışdır. Zaman ötdükçə ailəsinin köməyilə Sərmayə xanımın heyvandarlıq təsərrüfatı genişlənmiş, mal-qaranın sayı çoxalmış və bu inkişafın davam edəcəyinə əminlik yaranmışdır.

“FINCA Azerbaijan”nın köməyilə nəvələrininin sağlam və uğurlu gələcəyini təmin etmək Sərmayə xanımın ən böyük arzusudur və buna görə də o, təsərrüfatının daha da genişləndirilməsi haqqında ciddi planlar qurmuşdur. Sərmayə xanım bu yolda FINCA-nın maddi və mənəvi dəstəyinə hər zaman arxalanır. Artıq o, bu planlarını həyata keçirə bilmək üçün FINCA-dan 2-ci krediti almışdır.

Sərmayə xanımın fikrinə görə FINCA-dan aldığı kredit ona öz bacarığına daha çox inanmağına köməklik göstərib və bu onun uğurlu sahibkarlığa doğru atdığı ən düzgün addımlardan biri olub.

FINCA Azerbaijan haqqında daha çox məlumat al

 
©2019 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat