Çətin sınaqları fürsətə çevir

Elshen Cahangirov_Sumqayit1

Elşən Cahangirov

Elşən Cahangirov Sumqayıt şəhərində yerləşən ‘’Əşya bazarı’nda  meyvə-tərəvəz ticarət ilə məşğul olur.  O,  bu bazarda əsasən Rusiya və İran İslam Respublikasından idxal etdiyi tərəvəzin topdan satışını təşkil edir. Bir gün biznesini genişləndirmək qərarına gələn Elşən bəy  İran İslam Respublikasindan daha iri həcmdə tərəvəzi ölkəyə idxal etmək təklifi alır. Bu zaman əlavə maliyyəyə ehtiyac duyan Elşən bəy bir neçə banka müraciət etsəs də, ənənəvi banklar onun istədiyi 15000 USD  məbləği vermir. Dostlarından birnin tövsiyyəsi ilə FINCA-ya müraciət edən Elşən bəy üç gün ərzində girovsuz 15 000 USD kredit əldə edir. O, İran İslam Respublikasına yollanaraq həmin məhsulları alır. Düşünülmüş şəkildə Sumqayıtda öz anbarında 2 ay soğanları saxlayaraq satır və oradan götürdüyü xeyirlə Lökbatanda “Meyvəli” adlanan meyvə-tərəvəz bazarında 2-ci anbarını açıb biznesini daha da genişləndirir.

Bununla da “FINCA Azerbaijan”la uğurlu əməkdaşlıq quran Elşən bəy 2014-cü ildə ikinci dəfə FINCA-dan 21 000 USD məbləğində kredit götürərək öz biznesini daha da inkişaf etdirir.

 21 fevral 2015-ci ildə Azərbaycan Respublikasında baş verən  devalvasiya ölkənin əksər sahibkarlar kimi Elşən bəyi də çətin vəziyyətə salır. Götürdüyü iri kredit məbləğinin dollarla olması Elşən bəyi çox  narahat edir. Belə çətin bir vəziyyətdə  FINCA nümayəndəsi tərəfindən ofisə dəvət edilən  Elşən bəyə  kreditin strukturunun dəyişilməsinin mümkün olduğu bildirilir. Bu imkandan dərhal yararlanaraq Elşən bəy müddət uzadılması olmadan dollar kreditinin manata çevrilməsi barədə qərar verir.

 Hal-hazırda “FINCA Azerbaijan”ın Sumqayıt filialında aktiv müştəri olan ElşənCahangirov filialın ən məsuliyyətli və yaxşı müştərilərindən biri sayılır. O, FINCA  ilə olan uğurlu əməkdaşlığı sahəsində biznesini daha da irəliyə aparmaq yolunda inamla addımlayır.

FINCA Azerbaijan haqqında daha çox məlumat al

 
©2019 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat