Sərfəli Əməkdaşlıq

Ali Najafov - FINCA Azerbaijan client

Əli Nəcəfov

Əli Nəcəfov mal-qara ticarəti ilə məşğul olan kiçik sahibkardır. O artıq 20 ildir ki, bu işlə məşğuldur. Hal-hazırda Sabirabad rayonu Nəsimi kəndində yaşayır. Əli müəllim işini genişləndirmək üçün yeni mal-qara almaq fikrindəydi, lakin bunun üçün əlavə pul vəsaitinə ehtiyac duyurdu. Bu məqsədlə də o, FINCA Azerbaijan-ın Sabirabad filialına müraciət etdi.

Əli müəllim ilk dəfə kənd ərazisində aparılan marketinq zamanı FINCA haqqında məlumat əldə etmişdir. Kredit işçisi vasitəsilə FINCA-ya müraciət edən Əli müəllim qısa müddətdə kredit alaraq planlarını həyata keçirməyə başladı. Bu 2008-ci ilin sentyabr ayına təsadüf edirdi ki, həmin dövrkü məbləğ 1000 USD təşkil edirdi. Bundan sonra Əli müəllim növbəti 2 ildə də FINCA-nın xidmətlərindən istifadə edərək təşkilatdan daha 2 dəfə kredit götürmüşdür. 2011-ci ilin mart ayında 1500 USD məbləğində kredit götürən Əli müəllim FINCA-nın sadiq və davamlı müştərisinə çevrilmişdir.

Aldığı kreditlə əlavə mal-qara alan Əli müəllim öz biznesini inkişaf etdirməyə nail olmuşdur. Artan pul vəsaiti Əli müəllimin ailəsində həyat standartlarının da yaxşılaşmasına kömək etmişdir. Əli müəllim gələcəkdə yenidən FINCA-dan kredit almaqla heyvanlar üçün yeni tövlə tikmək və təsərrüfatını daha da genişləndirmək fikrindədir.

Sonda deyə bilərik ki, Əli müəllim FINCA-dan kredit almaqla öz biznesini xeyli inkişaf etdirmiş və bu da şəxsi həyatının daha da yaxşılaşmasına kömək etmişdir. Əli müəllim işində etdiyi bu irəliləyişlərdə FINCA-nın köməyini daima vurğulayır; öz dili ilə desək, “FINCA-dan aldığım kreditlərlə işlərimi xeyli genişlədə bildim və mən bilirəm ki, maliyyə dəstəyinə ehtiyacım olan kimi FINCA-ya müraciət edib rahatlıqla kredit ala bilərəm”.

FINCA Azerbaijan haqqında daha çox məlumat al

 
©2019 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat