Qusarın Samur qəsəbəsində yaşayan Adisey Poladov şəxsi emalatxanasında müxtəlif mebel əşyaları hazırlayır. İndi onun əl işi olan mebellərə bu qəsəbədə yaşayan bir çox ailənin evində rast gəlmək mümkündür.

Samur qəsəbəsi paytaxt Bakıdan təxminən 200 km uzaqlıqda, Azərbaycanın Rusiya ilə sərhədinə yaxın yerləşir. Gənc yaşlarından mebel düzəltməyə həvəsi olan Adisey bəy işini daha da böyütmək istəsə də, maliyyə imkanları məhdud olub. Yaxın qohumu ona maliyyə üçün FINCA-ya müraciət etməyi tövsiyə edib.

“Məni yaxşı qarşıladılar və kiçik biznesim olduğu üçün mənə kredit verildi. Həmin krediti ehtiyacım olan avadanlıq və material aldım. İşimi indi dahda böyütmk üçün çalışıram”,- deyə o, bildirir. Artıq təşkilatla 4 ildir uğurlu əməkdaşlıq quran Adisey bəy bu illər ərzində emalatxanasının şəraitini xeyli yaxşılaşdırmış və yeni avadanlqlar alaraq hazırladığı mebellərin keyifiyyətini artırmışdır.

Üç övladı olan Adisey bəy ailəsinin əsas qazancının da məhz bu biznesdən olduğunu bildirir. Adisey bəy “FINCA Azerbaijan”ın dəstəyinin oun işinin genişləndirlməsində mühüm rol oynadığını qeyd edir.