Müraciətlərin araşdırılması

Əziz müştəri,

Marketinq Şöbəsi tərkibində yaradılmış Müştəri Münasibətlərinin İdarə Edilməsi (MMİE) Şöbəsi müraciətinizi 5  iş günü ərzində qeydiyyata alıb məsul əməkdaşa ünvanlayacaq, 5 iş günü ərzində müraciətiniz araşdırılıb bu barədə Sizə məlumat verəcəkdir.

Müraciət əlavə araşdırma tələb edirsə müraciətlərin cavablandırılması ümumilikdə 20 iş gününədək uzadıla bilər və bu halda müddətin uzanma səbəbi və cavablanmanın son tarixi ilə bağlı Sizə dəqiq məlumat veriləcəkdir

Əgər Siz araşdırmanın cavabından narazı qalarsınızsa, Sizin yenidən araşdırma tələb etmə, Mərkəzi Bank (012 493 11 22), Maliyyə Bazarlarına Nəzarət Palatası (12 493 30 66) və ya məhkəməyə müraciət etmə hüququnuz  vardır.  Bu halda araşdırma birbaşa olaraq Şöbə rəhbəri tərəfindən aparılır.  Bu zaman əlavə sənədlərin təqdim olunması tələb olunarsa, bununla bağlı Sizə məlumat veriləcək, sənədlərin təqdim olunması üçün son tarixlər bildiriləcəkdir.

Qeydiyyatı aparılmış müraciətlər  bazada  5 il müddətinə saxlanılır.

Müraciətiniz üçün təşəkkür edirik.

Müştəri Münasibətlərinin İdarə Edilməsi (MMİE) Şöbəsi

Bakı şəh, Cəfər Cabbarlı küç 44, Caspian plaza 3, 8-ci mərtəbə

(012) 596 33 84/85

www.finca.az

Şöbənin rəhbəri:  Ülviyyə Ağayeva Cavanşir qızı

 
©2017 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat