Müştəri Təklif və Şikayətləri

Əziz və Dəyərli Müştəri,

Bir maliyyə təşkilatı kimi seçiminizi “FINCA Azerbaijan” təşkilatının üzərində saxladığınıza görə Sizə  minnətdarlığımızı bildiririk.  Biz, Sizin biznesinizi yüksək qiymətləndirir və gələcəkdə də Sizə davamlı olaraq  yüksək səviyyədə xidmət göstərmək arzusundayıq.

Bizim vəzifəmiz,  Sizlərə ən şəffaf şəkildə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməkdən ibarətdir. Əgər, Siz bizim işçi heyətimiz və ya əməkdaşlıq etdiyimiz banklar tərəfindən Sizə göstərilən xidmətlərdən narazı qalsanız, ümid edirik ki, bizə bu barədə məlumat verəcəksiniz. “FINCA Azerbaijan”ın Ölkə üzrə Direktoru olaraq Sizləri təşkilatın  xidmətlərindən istifadə etdiyiniz zaman qarşılaşa biləcəyinizınız hər hansı bir problem və ya narahatlıqla bağlı bizi məlumatlandırmağa dəvət edir və həvəsləndirirəm. Şikayət və problemlərinizlə bağlı bizə məlumat verərkən xahiş edirik ki, aşağıdakı vasitələrdən istifadə etməkdə tərəddüd etməyəsiniz.

  • Müştəri xidmətləri *2525 və Qaynar Xəttə – 055 455 25 25 zəng edə bilərsiniz;
  • Eyni zamanda seçim olaraq Siz Baş Ofisə (Bakı şəh, Cəfər Cabbarlı küç 44, Caspian plaza 3, 8-ci mərtəbə) və ya müvafiq Filiala məktub göndərə bilərsiniz;
  • Online əlaqələrdən də istifadə edə bilərsiniz:

Mən, Sizi əmin etmək istəyirəm ki, qəbul etdiyimiz istənilən şikayət və eləcə də apardığımız  bütün araşdırma və izləmənin nəticələri məxfi saxlanılacaq və qaldırdığınız məsələnin həll olunması istiqamətindən başqa hər hansı məqsəd üçün istifadə olunmayacaqdır. Biz, Sizin məlumatlarınızın gizliliyinə çox ciddi yanaşırıq.

Seçiminiz FINCA olduğu üçün Sizə bir daha təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Timoti Tarrant

“FINCA Azerbaijan” MMQBKT

Direktor

 
©2017 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat