Niyə məhz FINCA

  • Dünya üzrə yoxsulluğun azaldılmasına kömək edirsiz. Gördüyünüz işdən birbaşa olaraq dünyanın ən az gəlirli ailələri faydalanacaq.
  • Hər gün işinizdən məmnun qalırsız.
  • Özünüzü inkişaf etdirirsiz. FINCA əməkdaşlarının peşəkar inkişafı üçün çalışır.
  • Rəqabətə davamlı əmək haqqı və kompensasiya paketi.
  • Kollegiyal mühitdə işləyirsiz.
  • İşdən ayrılmadan məlumatınızı artırırsız. Beynəlxalq aləmdə baş verən hadisələrdən/cərəyanlardan xəbərdar olursuz, gündəlik baş verən hadisələrə yeni prizmadan baxırsız, və xarici mədəniyyətləri yaxından müşahidə edirsiz.
  • Müxtəlif işçi heyəti ilə işləyir və müxtəlif xarici mədəniyyətlərlə və dillərlə əlaqədə olursuz. FINCA 22 ölkədə müştərilərə xidmət göstərir, və biz müştərilərimizin və əməkdaşlarımızın müxtəlifliyinə hörmətlə yanaşır və onları dəyərləndiririk.
  • Beynəlxalq aləmə qoşulursuz. Bir çox əməkdaşlarımızın gündəlik olaraq digər regionlara səfər edib oradakı işçi heyəti ilə canlı təmas yaratmaq imkanı olur.
  • Geniş çeşidli sahələrə çıxış əldə edirsiz. FINCA-da mövcud olan işlərə mühasibat, administrasiya, lobbiçilik, fandreyzing/xeyriyyə vəsaitlərinin toplanması, hökümətlə əlaqələr, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, marketinq, media ilə əlaqələr, layihələrin idarəedilməsi, tədqiqat, yazı işləri, və s. daxildir.
  • Ən yaxşı təşkilatda işləyirsiz. FINCA mikromaliyyə sahəsində lider təşkilatdır.
 
©2017 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat