Tarixçə

“FINCA International”ın əsası (Foundation for International Community Assistance) 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən “FINCA Azerbaijan” bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. “FINCA Azerbaijan” dünyanın 21 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə qurumu olan “FINCA International” şəbəkəsinin bir qoludur.

“FINCA Azerbaijan” 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək müştərilərə Azərbaycanın əksər bölgələrində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir.

 
©2017 FINCA Azerbaijan
Məlumat Məxfiliyinə dair Təlimat