14-12-2015
FINCA Azerbaijan “Loqopedlər Günü” xeyriyyə aksiyasına dəstək oldu
“FINCA Azerbaijan” dünyanın bir sıra ölkələrində qeyd olunan 14 noyabr – “Loqopedlər Günü” münasibəti ilə Azərbaycanda təşkil olunan xeyriyyə aksiyasına qoşulub. Aksiya zamanı təşkilat adından defektoloq-loqoped ixtisası üzrə çalışan müəllim və mütəxəssislərə müxtəlif hədiyyələr təqdim olunub.
Xeyriyyə aksiyasının əsas məqsədi Gün barədə məlumatlılığı artırmaq və reabilitasiyaya ehtiyacı olan aztəminatlı ailələrin uşaqlarına dəstək olmaqdır.